Ağdaş rayonunda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb. Panarama.az APA-ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb. Daha sonra 17 yaşlı oğlan bıçaqladığı anasını xəstəxanaya çatdırıb.Faktla bağlı araşdırma aparılır.