Ağıllı insanların saçı daha tez yağlanır... MARAQLI MƏLUMAT

Paris Universitetinin tədqiqatçıları maraqlı araşdırma aparıb. İnsanın saçının kimyəvi tərkibi onun zehni qabiliyyəti ilə sıx bağlıdır. Alimlər 2 mindən çox müxtəlif intellekt səviyyəsinə və sosial statusa malik şəxsin saç nümunələrini araşdırıb. Nəticələrə görə, yüksək intellektə malik insanların saçlarında sink və mis elementləri daha çox olur. Mütəxəssislərin fikrincə bu fərqin əsas səbəblərindən biri qidalanmadır.

İsveçrəli psixoloq Qreta Bauman isə saçın yalnız fiziki sağlamlıqla deyil, emosional vəziyyətlə də əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə saçı başın arxasında topuz şəklində yığmaq diqqəti toplamağa və qərarlılığa kömək edir. Hörük sakitlik və rahatlıq hissi yaradır. Yumşaq daraqla saçları daramaq gərginliyi azaldır, qan dövranını artıraraq beyinin qidalanmasını yaxşılaşdırır. Psixoloqlar həmçinin məsləhət görürlər ki, xəstəlikdən, stressdən və ya depressiyadan sonra saçları kəsmək faydalıdır. Çünki saçlar, insanın keçirdiyi emosional və fiziki vəziyyətlərin "yaddaşını" daşıyır. Saç uclarını kəsməklə həmin mənfi enerjidən qurtulmaq mümkündür.

Bu araşdırmalar göstərir ki, saç yalnız estetik baxımdan deyil, həm də sağlamlıq və psixoloji vəziyyət baxımından vacib siqnallar daşıyır./saglamolun