64db3e73b67b5202308235931
Ağır qəza törədən blogeri bu cəza gözləyir - AÇIQLAMA

Bəs sürücü Nicat Şakirlini qəza səbəbilə hansı cəza gözləyir?

Panarama.az  "Sfera.az"a istinadən bildirir ki, vəkil Mehman Muradlı ekspertiza rəyindən sonra məsələnin aydınlaşacağını qeyd edib:

"Sürücü əgər sükanda olarkən içkili vəziyyətdə olubsa, bu zaman onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər sürücü sükan arxasında içkili olmayıbsa, bu zaman 2 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər. Ekspertiza rəyindən sonra tətbiq ediləcək cəza arta, yaxud azala bilər".

Vəkil sözügedən hadisə ilə bağlı azadlıqdan məhrumetmə cəzasına alternativ olaraq cərimə tətbiqinin qanunla nəzərdə tutulmadığını da qeyd edib.

15.08.2023 12:57
258

(MGID): :
OXŞAR XƏBƏRLƏR