6520e1586f532202310234056
Ağstafada evakuatorla mikroavtobus toqquşdu - YENİLƏNİB

Ağstafada evakuatorla mikroavtobusun toqquşması nəticəsində xəsarət alanların sayı artıb.

Panarama.az xəbər verir ki, qəzada xəsarət alan daha üç nəfərin adı məlum olub.

Onların adı aşağıdakı kimidir:


Təranə Tomtiyeva (1988);

Şərifə Qasımova (1971);

Nərimin Məmmədova (2005).

***


Saat 08:15


Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Panarama.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

Ağstafa-Qazax marşurutu hərəkət edən mikroavtobus evakuatorla toqquşub.

Qəza zamanı mikroavtobusun sənişinləri, 1981-ci il təvəllüdlü Afət Məmmədova və 1982-ci il təvəllüdlü Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Fakla bağlı araşdırma aparılır.

07.10.2023 08:39
231

(MGID): :
OXŞAR XƏBƏRLƏR