674793f455497202411244940
Ailə faciəsi: Ərini ölüm yatağında görən qadın intihar etdi - Eyni gündə dəfn edildilər

Ötən gün Oğuzda baş verən intiharın təfərrüatı məlum olub.

APA xəbər verir ki, Oğuz rayonunun Bucaq kəndinin sakini, 56 yaşlı Leyla Osman qızı Musayeva xərçəngdən əziyyət çəkən ərini itirmək qorxusundan canına qəsd edib.

Belə ki, Leyla Musayevanın əri, 70 yaşlı Eyyub Fərəc oğlu Musayev bir-neçə aydır ki, qan xərçəngindən əziyyət çəkir. Eyyub Musayev Oğuz Rayon Mərkəzi Xəstəxanasında uzun müddət müalicə alıb. Onun vəziyyəti ağır olduğu üçün bir-neçə gün əvvəl xəstəxanadan evə göndərilib.

Noyabrın 26-sı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Oğuz rayon filialının həkim briqadası çağırış əsasında Eyyub Musayevi müayinə etmək üçün onun yaşadığı ünvana gediblər. Müayinə zamanı Eyyub Musayevin vəziyyətinin kəskin ağır olması barədə ailəsinə məlumat verilib.

Ərinin ölüm ayağında olduğunu bilən Leyla Musayeva intihar etmək məqsədilə ailə üzvlərindən xəbərsiz sirkə turşusu içib.

Leyla Musayeva ərini müayinə etmək üçün gələn həkim briqadası tərəfindən dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq Leyla Musayeva elə hadisə baş verən gün axşam saatlarında Oğuz RMX-nın reanimasiya şöbəsində dünyasını dəyişib.

Leyla Musayevanın qan xərçəngindən əziyyət çəkən əri Eyyub Musayev də elə həmin gün vəfat edib.

Ər-arvad bu gün Bucaq kənd qəbiristanlığında dəfn olunublar.

28.11.2024 01:48
237

(MGID): :
OXŞAR XƏBƏRLƏR