"Baku tv" 30 il əvvəl Zəngilanda itkin düşən 7 polislə bağlı sujet hazırlayıb.
Panarama.az Metbuat.az-a istinadən xəbər verir ki, sujetdə polislərin yaxınları danışıblar. Onlar bildiriblər ki, 7 polisin qəhrəmanlığı olmasaydı, Zəngilanda Xocalıda ermənilərin törətdiyi soyqırımdan da dəhşətli qətliam yaşanacaqdı. Məhz 7 polisin səyi nəticəsində Zəngilanda qətliamın baş verməsinin qarşısını alınıb.
Qeyd edək ki, 7 polis əməkdaşı Zəngilan rayon polis idarəsinin əməkdaşları olub.