"Bəzi yaş dövrüm ki var ki, ondan sonra özümdən əlimi üzmüşəm".
Panarama.az baku.ws-ə istinadən bildirir ki, bu sözləri "7 tamam" verilişinə qonaq olan müğənni Gülay Zeynallı deyib.
Sənətçi bildirib ki, artıq öz xoşbəxtliyi haqqında düşünmür. Onu maraqlandıran tək şey yeganə övladı Sahilənin xoşbəxtliyidir:
"Bacım övladları böyüyüblər. Hansısa bir yerə gəlib çatıblar. Bunda mənim biraz da olsa əziyyətim var. Düşünürəm ki, onlar yaxşı olsunlar. Mənim övladım yaxşı olsun, xoşbəxt olsun, o artıq mənim xoşbəxt olmağım deməkdir".