“İnsanlarımızın bəziləri paxıllıqdan, bəziləri isə həqiqəti anlamadıqları üçün Rasim Balayevə qarşı belə reaksiya verirlər. Rasim Balayev orada nə etməliydi?”
Panarama.az məlumat verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında “Şöhrət” ordenli tanınmış müğənni Akif İslamzadə deyib.
O, Xalq artisti Rasim Balayevin Prezidentlə görüşündən sonra haqqında səslənən ittihamlara toxunub.
A.İslamzadə bildirib ki, sənət adamlarını tənqid etməkdənsə, ilk öncə, jurnalistlərin arasında sorğu aparılmalıdır:
“Onda görərsiniz ki, kimlər nədən danışır, cəmiyyətin problemləri nədir, anlayarsınız. Məsələn, mənim yaşadığım yerdə həyətin ortasında uşaq bağçası tikiblər. Avropadan biri bura gəlsə, elə bilər ki, gey klubdur. Hansı jurnalist gəlib çəkib bunu?! Xəbərləri var?! Bəs jurnalistlər hara baxır?! İnanmırsınızsa, gəlin, baxın, görün, gey kluba oxşayır, ya yox?!”