6581f77505755202312230509
Aktiv çalışın, qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləyin.. Günün ulduz falı... 20.12.2023

Qoç - peşəkar fəaliyyət sahəsi ilə bahəm, şəxsi münasibətlərdə gözlənilməzliklər vəd edən gündür. Baş verənlərə təəccüblənməyin. Situasiyanı dərhal təhlil edin, düzgün qərarlar qəbul edin. Yaxın ətrafınızdakı insanlar hər şeyin məhz düşündüyünüz kimi getdiyini düşünürlər. Qətiyyətli və iradəli olun ki, məhz belə təəssürat yaransın.

Biznes layihələr və yaradıcı ideyaların reallaşdırılması üçün əlverişli gündür. Uzun müddətdən bəri faydasız və gərəksiz hesab etdiyiniz bacarıqlarınızı gerçəkləşdirə bilərsiniz.

Axşam saatlarında aktiv istirahəti seçin.

Buğa - əvvəlcə danışıb sonra düşünməyin. Yaxın ətrafınızdakı insanlar sizdən incimir, sizi anlamağa çalışırlar. Rəğbət bəslədiyiniz insan sizin emosional davranışınıza sərt reaksiya verməyəcək.

Aktiv çalışın, qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləyin. Çətin işin görülməsində, problemin həllində müttəfiq və tərəfdaşlarınız olacaq. Günün ikinci yarısında perspektivli, faydalı işlə məşğul olun.

Əkizlər - gün qarşınızda çətin məsələlər qoyur. Bu problemlərin öhdəsindən uğurla gələ bilərsiniz. İntellektual səviyyəniz yüksəkdir. Yaddaşınız sizi aldatmayacaq. Diqqətə layiq məsələləri unutmayın, qulaqardına vurmayın. Bilik və təcrübə əldə edilməsində aktiv olun. Problemlərin həllinə yaradıcı yanaşın. Qarşınızda geniş imkanlar yaranır.

Yeni tərəfdaş və ya müttəfiq qazana bilərsiniz.

Dəvət aldığınız tədbirə qatılın. Bu gün formalaşacaq tanışlıqlar maraqlı və faydalıdır. Alış-veriş üçün əlverişli gündür.

Axşam saatlarında aktiv istirahəti seçin.

Xərçəng - istənilən qərar və addımlarınız, həttə ən sadə işlər belə, bədxahlarla rəqibləri sinirləndirəcək. Eqoist, sərt, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edən insan təsiri bağışlamayın. Təşəxxüslü və aqressiv davranmayın.

Qətiyyətli və iradəli olsanız, işgüzar danışıqlarda uğur qazana bilərsiniz. Bununla belə, bu gün əldə ediləcək danışıqların nəticələrinin və sövdələşmələrin sonradan yenidən nəzərdən keçirilməsinə hazır olun.

Yalnız ən yaxın insanlar sizi anlayacaq, əhvalınızdakı dəyişiklikləri hiss edəcəklər. Qəfil vizitlər, qonaqlar ola bilərlər.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Şir - çox xoş gündür. Başladığınız işləri uğurla başa vuracaqsınız. Xoş sürprizlər, gözlənilməz gəlir, sürpriz ola bilər. Son vaxtlar sizi narahat edən problemləri tezliklə həll edə bilərsiniz. İşgüzar baxımdan o qədər də əlverişli gün deyil, amma uzunmüddətli planlar qurmaq olar.

Ev işləri, yaşam arealının qaydaya salınması, şəraitə hansısa dəyişikliklər edilməsi məsləhətdir. Dəvət aldığınız yerə qatılmağı unutmayın. Diqqət mərkəzində olacaqsınız.

Qız - gərgin, ağır gündür. Günün ikinci yarısı səhər saatları ilə müqayisədə daha uğurlu olacaq. Nahardan sonrakı vaxta ciddi, yüksək diqqət və izafi səylər tələb edən işlər planlaşdırmayın. Aktiv, enerjili olun.

Alış-verişdə yalnız planlaşdırdığınız əşyaları və ya məhsulları alın. Kefinizi kökəltmək, əhvalınızı yaxşılaşdırmaq üçün bədxərclik etməyin.

Sizi yaxşı anlayan insanlarla görüş üçün vaxt tapın. Onların dəstəyinə ehtiyacınız var. Bacarıq və imkanlarınıza şübhə edən insanlarla isə ümumiyyətlə, ünsiyyətdə olmayın. Belə şəxslər sizi qıcıqlandıracaq, hirsləndirəcəklər.

Tərəzi - potensial və imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Bu, qarşı tərəfin də gülünc vəziyyətə düşə biləcəyi naqolay situsiya yarada bilər. Siz, ümumiyyətlə, pis təsir bağışlaya bilərsiniz. Ruhdan düşməyin, təslim olmayın. Qarşınızda yeni imkanlar yaranır. Sadəcə, doğru istiqaməti vaxtında seçin və gərəkli yolla irəliləyin.

Yaxınlarınızla mübahisə etməyin. Diskussiyalar yetərincə konstruktiv olacaq. Onlar tərəflərin hamısını təmin edə biləcək qərarın qəbulu ilə başa çata bilər. Sevdiyiniz insanla ünsiyyət zamanı hansısa mühüm məsələni təhlil edə bilərsiniz.

Əqrəb - mahiyyət etibarilə pis deyil və saatlarınızı xoş keçirə bilərsiniz. Qarşınıza çətin, əldə edilməsi məşəqqətli hədəflər qoymayın. Cari işlərlə, situativ zərurətlərlə kifayətlənin. Gərəkli istiqamətdə addım-addım irəliləyin. Bu gün sizə yardım edəcək insanlar hələ uzun müddət yardımçı və müttəfiqiniz kimi qalacaq.

İntuisiyanız yüksək səviyyədə olacaq. Ondan yararlanın. Əlverişli məqamdan istifadə edərək maraqlı tanışlığa nail ola bilərsiniz.

İşgüzar təmasları romantik münasibətlərə çevirməyin.

Oxatan - bu gün sizi maraqlı hadisələr və situasiyalar gözləyir. Macəralar aramayın - onlar özləri sizi tapacaqlar. Ətrafınızda baş verənlərə sürətli, vaxtında və dürüst reaksiya verin. Səhvlərə yol verməyin, yanlış addımlar atmayın. Peşəkar fəaliyyət sahəsindəki uğurlarınızla qürrələnə bilərsiniz.

Yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Lakin onlar ciddi deyil. Münaqişəyə səbəb ola biləcək məqamı zarafata çevir. Etiraflar səslənəcək, amma onlara inanmayın. Bununla belə, səmimi deyilən sözləri qulaqardına vurmayın.

Oğlaq - tamamilə yeni, qeyri-adi qərarlar qəbul etmək olar. Yeni təəssüratlara ehtiyac var. Məhz onlar sizin irəliləyişinizə səbəb olacaqlar. Peşəkar fəaliyyət sahəsində ciddi nailiyyətlər əldə etmək imkanları var. İstək və niyyətlərinizdə yeniliklər ola bilər. Yeni maraqlar yaranacaq. Əvvəl başladığınız işləri başa vurmaq üçün gərəkli adamı tapa bilərsiniz.

Şəxsi munasibətlərdə stabilliyə can atın. Darıxdırıcı situasiyalara qatılmayın. Yaxınlarınıza düşünülməmiş, hətta absurd təsir bağışlayan addımlar atmayın. Özünütənqidi unutmayın ki, münaqişələr yaranmasın.

Dolça - günün ilk yarısı emosional fon baxımından əlverişlidir. Son vaxtlar sizi narahat edən problemləri təhlil edin, düşünün. Müşküllərə yenidən baxaraq çözüm yolu tapmaq olar. Bundan başqa, yeni tanışlıqlar və ünsiyyət üçün çox yaxşı zamandır.

Günün ikinci yarısı isə fərqlidir. Ruh düşkünlüyünə qapılmayın. Ətrafınızdakı insanlardan aralanmağa çalışmayın. O qədər də xoş olmayan fikirlərlə təkbaşına qala bilərsiniz. Hətta ən adi işlərdə belə, çətinliklərin yaranması istisna deyil.

Balıqlar - uğurlu, əlverişli gündür. Fəaliyyətinizin nəticələri gözləntilərinizdən artıq olacaq. İşlər çox olsa da, onların öhdəsindən gələcəksiniz. İstirahət və ünsiyyət üçün də vaxt qalacaq. Yeni tanışlıqlar olacaq. laqeyd yanaşmadığınız insanla qəfil görüş olacaq.

Mühüm informasiya vaxtında gəldiyindən dürüst qərar qəbul edəcəksiniz. Uzunmüddətli planlaşdırma üçün yaxşı gündür. Planlar şəxsi həyat və ya peşəkar fəaliyyət sahəsi ilə bağlı ola bilər. İstənilən halda situasiya sizin üçün münasibdir.

20.12.2023 00:02
1376

(MGID): :
OXŞAR XƏBƏRLƏR