Bu il Azərbaycan təhsilində rekord nəticə qeydə alınıb: 55,656 nəfər, o cümlədən 7,287 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub.
Panarama.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.
Ümumilikdə, müsabiqədə 82,883 nəfər iştirak edib və onlardan 55,656 nəfər (7,287 subbakalavr daxil olmaqla) ali təhsil müəssisələrinə qəbul olunub. Bu qəbul olanlardan 27,117 nəfər (1,579 subbakalavr daxil olmaqla) dövlət sifarişi əsasında, 28,539 nəfər (5,708 subbakalavr daxil olmaqla) isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb./metbuat.az