67a4c1271a2fe202502250319
Ali təhsil müəssisələrində tədris müddəti aşağı endirilir? - Nazirdən AÇIQLAMA

"Azərbaycan təhsilinin əsas problemi müəllimlərin əməkhaqqının saatlara bağlı olmasıdır".  

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

"Ali təhsil müəssisələrində bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə endirilməsi zamanı müəllimlər nəzərə alınmalıdır. Nə vaxtsa müəllim peşəsi tam ştatlı olsa, o zaman dönüş nöqtəsi olacaq. 6 saat dərs deyənə də, 24 saat dərs deyənə də müəllim deyirik. Qarabağ Universitetində müəllimlərin maaşı saata bağlı deyil.

Bu sistem pilot olaraq turizm və İT kimi tətbiqi bakalavr ixtisaslarının Azərbaycan qanunvericiliyində olmasından sonra tətbiq edilə bilər, lakin bu məsələ hazırda prioritet deyil",-nazir bildirib.

 

06.02.2025 18:02
499

(MGID): :
OXŞAR XƏBƏRLƏR