65170ad04aebc202309233512
Alimlər antimaddənin sirrini açmağa yaxınlaşırlar
Kainatın yarandığı zaman Böyük Partlayış zamanı maddə qədər olan, lakin daha sonra "yoxa çıxan" antimaddənin (anti-maddə) cazibə qüvvəsinə qarşı maddə kimi hərəkət etdiyi müəyyən edilmişdir.
Elm adamları, Böyük Partlayışda bərabər miqdarda ortaya çıxan maddə və antimaddənin bir-birini birləşdirib zərərsizləşdirməli və yalnız işığın qalmalı, antimaddə isə yox olub maddə qaldığını anlamaq üçün illərlə maddə ilə antimaddənin oxşar və fərqli cəhətlərini araşdırdılar.

İsveçrədəki Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) aparılan təcrübələr anti-maddənin Albert Eynşteynin proqnozlaşdırdığı kimi aşağıya doğru, yəni maddə kimi hərəkət etdiyini göstərdi.

Təcrübə

Maddədəki atomun nüvəsində proton və orbitində hərəkət edən elektronlar olduğu halda, anti-maddədəki atomun nüvəsi orbitində mənfi yüklü proton (antiproton) və müsbət elektronlar (pozitron) ehtiva edir.

Bu çərçivədə, nüvəsində antiproton və orbitində bir pozitron olan antihidrogen atomlarının istifadə edildiyi araşdırmada kainatda yalnız bir saniyə üçün mövcud olan antimaddə əvvəlcə yavaşladı və sabit və davamlı bir forma çevrildi.

Laboratoriyada sürətləndiricilərdə zərrəciklərin toqquşması nəticəsində yaranan hissəciklər işıq sürətinə yaxın sürətlə borular vasitəsilə antimaddə laboratoriyasına çatırdı.

Tədqiqatçılar bu sürətlə idarə edə bilmədikləri antihissəciklərin enerjisini onları yavaşlatmaq üçün halqaya göndərərək azaldıblar; Sonra hissəciklər böyük bir maqnitə göndərildi və orada minlərlə antihidrogen atomu əmələ gətirdi.

Antihidrogeni tutan maqnit söndürüldükdə, antihidrogen atomlarının hərəkət istiqamətini təyin edən sensorlar antimaddənin aşağıya doğru, yəni maddə kimi hərəkət etdiyini göstərirdi.

Növbəti addım sürəti aşkar etməkdir

Alimlərin araşdırmalarında növbəti addım maddənin və antimaddənin cazibə qüvvəsinə qarşı eyni sürətlə hərəkət edib-etmədiyini müəyyən etmək olacaq.

Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
29.09.2023 21:36
335

(MGID): :
OXŞAR XƏBƏRLƏR