659a34d4df1a2202401242124
Alimlər qəhvənin gözlənilməz faydalarını açıqlayıblar

Yaponiya alimləri qəhvədən müntəzəm istifadənin yaddaşı və diqqəti yaxşılaşdırdığını bildiriblər.

“Report”un məlumatına görə, “Springer” içkinin gözlənilməz faydalarından yazıb.

Qeyd edilir ki, araşdırmanı Sukuba Universitetinin tədqiqatçıları aparıblar. Otuz gün ərzində siçanlara qəhvə, güldəfnə və yapon turpunda olan triqonelin maddəsi verilib. Daha sonra gəmiricilər “Morris” labirintinə buraxılıb və burada yaddaş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstəriblər.

Tədqiqatçıların fikrincə, qəhvənin müntəzəm istehlakı idrak funksiyasının yaxşılaşmasına səbəb olur, çünki bu birləşmə beyində qan dövranına faydalı təsir göstərir, həmçinin yeni neyronların böyüməsini stimullaşdırır və onlar arasında əlaqəni yaxşılaşdırır.

07.01.2024 09:19
435

(MGID): :
OXŞAR XƏBƏRLƏR