66049d0b20ef6202403242619
Alış-veriş üçün yaxşı gündür. İstədiyiniz əşyanı ala bilərsiniz... Günün ulduz falı... 28.03.2024

Qoç - çox istəsəniz də, tələsməyin. Bu gün təmkinli olun, hisslərinizi nəzarətdə saxlayın. Niyyət və planlarınızı reallaşdırmaq üçün daha əlverişli məqam gözləyin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Bu, minimal informasiyaya malik olaraq riskli davranmaqdan daha yaxşıdır.

Günün ikinci yarısında heç bir səbəb olmadan münaqişə yarana bilər. Hisslərinizə hakim olun, barışığa gedin.

Rasionunuza diqqətlə yanaşın. Məntiqi məhdudiyyətlərə ehtiyac var. Medikamentoz zəhərlənmə ehtimalı olduğundan yalnız həkimin məsləhət verdiyi dərman preparatlarını qəbul edin.

Buğa - bəyənmədiyiniz və sizi bezdirən işlərlə məşğul olmaq məcburiyyətindəsiniz. Fəqət, əhvalınızı pozmayın. Məqsədə çatmağın yolları barədə yox, məqsəd barədə düşünün. Bəzi qərar və addımlarınız yaxın ətrafınızdakı insanların iradlarına səbəb ola bilər. Amma sizi, gerçəkdən də, sevən insanlar niyə məhz bu cür qərar qəbul etdiyinizi anlayacaqlar.

Yeni işlərə və ya layihəyə başlamaq olar. Bir şərtlə ki, həmin işin öhdəsindən gələcəyinizi dəqiq bilin.

Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın. Yalnız kəskin zərurət yarananda təşşəbüslə çıxış edin. Etiraflara tələsməyin. Axşam saatlarını sakit istirahətə həsr edin. Qüvvələrinizi bərpa etməlisiniz.

Əkizlər - indi münasib şərait gözləmək əvəzinə qətiyyətlə, inadla hərəkət etmək gərəkdir. Yeni iş və ya layihə üçün əlverişli zaman olduğunu düşünürsünüzsə, əzmlə davranın. Çox çalışmaqdan, yorulmaqdan qorxmayın. Başladığınız işi bitirmək üçün yetərincə yaşam potensialınız var. Gəlirlər və sərfəli anlaşmalar, sifariş alınması istisna deyil.

Günün ikinci yarısında səfər və ya nəzərdə tutulmamış səyahət ola bilər. Yolda vaxtınızı yaxşı keçirə bilərsiniz. Yola çıxsanız, nəticədən narazı qalmayacaqsınız. İmiclə eksperimentlər aparmaq, qarderobu yeniləmək olar.

Xərçəng - məqsədə çatmaq və uğur qazanmaq üçün qüvvələrinizə, potensialınıza inanın. Qətiyyətli olsanız, hədəfə doğru sürətlə irəliləyəcəksiniz. Önəmli nəticələr əldə edə bilərsiniz. Xoş görüşlər və maraqlı tanışlıqlar istisna deyil. Özünüzlə bağlı müsbət rəy yaratmaq istədiyiniz insanla aktiv təmaslarda olun.

Romantik münasibətlər başlayarsa, onlar harmonik və rəvan inkişaf edəcək, sizi sevindirəcək.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Geyim, paltar, bəzək, interyer predmetləri almaq olar. Zövqünüz sizi aldatmayacaq. Axşam saatlarında yaşam arealında kosmetik dəyişikliklər etmək olar.

Şir - çox işin öhdəsindən gələ bilərsiniz. Bilik və bacarıqlarınızı ətrafınızdakı insanlara nümayiş etdirməyə tələsməyin. Bir qədər kənara çəkilin, kölgədə durun, bütün diqqəti özünüzə cəlb etməyin. İstənilən parlaq insan təki bədxahlar və rəqiblərdə paxıllıq hissləri yaradırsınız. Belə şəxslər sizə zərbə vurmağa çalışacaqlar. Ehtiyatlı və sərvaxt davranın.

Günün ikinci yarısında səhhətinizdə problem yarana bilər. Kiçik məişət travmaları riski var. Ev işlərini yaxınlarınızla bölüşün. Belədə proses daha maraqlı və effektiv olacaq.

Sevdiyiniz insan axşam saatlarında sizə sürpriz bəxş edəcək.

Qız - vaxtınızı hədər keçirməyin. Çalışqan, zəhmətkeş olun. Tənbəllik edərək süstlüyə qapılsanız, sizi problemlər gözləyir. Təmirə başlamaq, yaşam arealını bəzəmək olar. Sizdə dizayner bacarıqlarının olduğunu aşkarlayacaqsınız. Pulları məntiqlə, ağılla xərcləyin. Alış-verişin sonucları və sərmayənin nəticələri sizi təəssüfləndirməyəcək.

Günün ikinci yarısında sümük və oynaq ağrılarının yaranmasına rəvac verməyin. Soyuqdəymə riski də var. Səhhətinizin qayğısına qalın. Sınanmış vasitələrə üstünlük verin. Allergiya riski mövcuddur.

Romantik görüşün nəticəsi sizi razı salacaq.
 

Tərəzi - özünüzə həddən ziyadə güvənərək hətta məntiqli və ağıllı məsləhətləri də qulaqardına vurmayın. Belə davranışın ciddi fəsadları ola bilər. Sonradan təəssüf və peşmançılıq hissləri doğuracaq səhvlərə yol verməyin. Unutmayın ki, potensialınız və o cümlədən maliyyə imkanlarınız sərhədsiz deyil.

Həddən ağır işə başlamayın, sonradan yerinə yetirilməsi çətin vədlər verməyin.

Günün ikinci yarısında yaxınlarınız və tanışlarınızla diqqətlə davranın. Onların sizə ehtiyacı var. Qısamüddətli səfərə çıxmaq olar. Lakin evdə də darıxmayacaqsınız. Maraqlı məşğuliyyət mütləq tapılacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətdə problemlər yaranmayacaq.
 

Əqrəb - tənbəllik etməsəniz, işlərinizdə yaxşı nəticələrə nail ola bilərsiniz. Bir qədər səy göstərin, işlərə tezdən başlayın. Alış-veriş üçün yaxşı gündür. İstədiyiniz əşyanı ala bilərsiniz. Bu prosesi müstəqil, təkbaşına yetirin ki, sizə kimsə mane olmasın, düzgün seçimi əngəlləməsin.

Günün ikinci yarısında səhhətinizə və rasiona fikir verin. Zəhərlənmə riski var. Romantik təmaslardan ciddi nəticə gözləməyin. Görüş pis keçməyəcək. Lakin sevdiyiniz insanın əhvalında əhəmiyyətli irəliləyişlərə nail ola bilməyəcəksiniz.

Oxatan - ən çətin işlərə çəkinmədən başlayın. Bədxah və rəqiblərin bütün səylərinə rəğmən həmin işi başa çatdırın. Yaxınlarınız arasında çətin vəziyyətə düşmüş şəxsə yardım edin. Ədalətsizliklə qarşılaşmış insana dayaq olun. Ətrafdakılar sizin davranışınızı dəyərləndirirlər. Amma buna rəğmən, kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etmək fikrinə düşsün.

Günün ikinci yarısı yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlərin təşkili, qonaq qəbul etmək üçün əlverişlidir. Maliyyə fonu uğurludur. Alış-veriş etmək olar. Yaşam potensialının səviyyəsi yüksəkdir. Ancaq ehtiyatlı olun. Kiçik travma riskləri var.
 

Oğlaq - yaxınlarınız sizdən hələlik hazır olmadığınız addım və qərarları gözləyirlər. Bu sizi qıcıqlandırır, əhvalınızı korlayır. Müstəqil qərar qəbul etmək hüqununuzu qorumağa çalışanda aqressiv olmayın, ətrafınızdakı insanların xətrinə dəyməyin. Təmkinli və soyuqqanlı olun. Tənqidi iradlara və kimsənin istəmədiyi məsləhətlərə qapılmayın.

Günün ikinci yarısında yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, kiçik detallardan, rutin işlərdən başlayın. İndi əlverişli zamandır. Əsas məsələ məqsədin seçimində və hədəfin müəyyənləşdirilməsində yanılmamaqdır. İşə başlamazdan əvvəl nə istədiyinizi müəyyənləşdirin.

Dolça - yeni layihəyə, ciddi və önəmli işə başlamaq üçün əlverişli zamandır. Detalları və təfərrüatları hesablayın, heç nəyi diqqətdən qaçırmayın. Qərarlarınızın yanlış olmamasına çalışın. Maraqlı tanışlıqlar ola bilər. Yeni dost tapmaq şansı var.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağıdır. Normal günlərdən fərqli olaraq daha sürətlə yorulacaqsınız. Qüvvələrinizə qənaət edin. Yaxınlarınızın təklif etdiyi yardımlardan imtina etməyin. Uzun səyahətlər məsləhət deyil. Soyuqdəymə və zökəm riski var.
 

Balıqlar - ehtiyatlı və sərvaxt olun. Yolunuzda maneələr və sədlər yaransa da, planlarınızdan imtina etməyin. Onları həyata keçirərək bədxahlarınızı pərişan edin. Kimsə sizə paxıllıq edirsə, deməli, nəticələr pis deyil. Qələbənin sevincini sizlə bölüşmək istəyən insanlar tapılacaq.

Günün ikinci yarısında yeni tanışlıqlar var. Qarşılıqlı rəğbət istisna deyil. Şəxsi münasibətlərdə təşəbbüs, hisslərdə etiraf zamanıdır.

28.03.2024 02:24
232

(MGID): :
OXŞAR XƏBƏRLƏR