66bd799a7166d202408244426
Altı yaşlı oğlunu divara mıxladı, hədəfə çevirib atəş açdı: Qandonduran cinayət

Miçiqan ştatının Oklend dairəsində baş verən dəhşətli cinayət bütün ABŞ-ni silkələyib. Belə ki, altı yaşlı uşaq öz anası, 25 yaşlı Elayna Rouzun və onun 32 yaşlı sevgilisi Con Cakçinanın vəhşi işgəncə və zorakılığının qurbanı olub.

Bildirilir ki, balaca oğlan qapalı saxlanılıb, müntəzəm olaraq döyülüb və hətta steplerlə divara mıxlanıb. Onun bədəni başdan-ayağa çoxsaylı əzik, sıyrıq və kəsiklərlə örtülü olub. Bundan əlavə, uşağa pnevmatik silahdan bir neçə dəfə atəş açılıb.

Ağır xəsarətlərə baxmayaraq, Elayna Rouz həkimlərin zorakılıq izlərini aşkar edəcəyindən qorxaraq tibbi yardım üçün müraciət etməyib. Yalnız oğlan nəfəs almağı dayandırdıqda o, xilasediciləri çağırıb. Uşaq təcili xəstəxanaya yerləşdirilib, lakin təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb.

"Balaca Çulo qapalı saxlanılıb, döyülüb və steplerlə divara mıxlanıb. O ağır yaralanmışdı", - deyə Okland dairəsinin prokuroru Karen Makdonald bildirib.

Bildirilir ki, Elayna Rouz və Con Cakçina artıq həbs olunublar. Onlar birinci dərəcəli qətl, uşaqlara qarşı zorakılıq və yalan ifadə verməkdə ittiham olunurlar.

Cakçina, həmçinin qanunsuz silah və sursat saxlamaqda ittiham olunur. Təqsirləndirilən şəxsləri ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.//Oxu.Az

15.08.2024 07:43
477

(MGID): :
OXŞAR XƏBƏRLƏR