66e439ea6fe14202409241106
Ana 2 yaşlı uşağının üstünə televizor aşdığını dedi - Müayinədə ƏSL DƏHŞƏT ortaya çıxdı - FOTO

Türkiyədə daha bir dəhşətlə cinayət əməli eşidənləri mat-məəttəl qoyub.

Panarama.az Titul.az-a istinadla xəbər verir ki, Tekirdağın Malkara rayonunda valideyini 2 yaşlı körpəni xəstəxanaya gətirərək, üzərinə televizor aşdığını deyib. Lakin həkimlər baxış zamanı körpənin döyüldüyünü, ona işgəncə verildiyini müəyyənləşdiriblər.

Lakin müayinə zamanı daha iyrənc gerçək ortaya çıxıb. Məlum olub ki, bu körpə cinsi istismara məruz qalıb.

Polisin başlatdığı istintaq tədbirləri nəticəsində aralarında körpənin anası və ögey atasının da yer aldığı 5 nəfər saxlanılıb. Saxlanılanlarda ikisi qonşunun 13 və 14 yaşlarında olan uşaqlarıdır.

Beyin qanaması keçirən uşaq dərhal əməliyyat edilib, hazırda ciddi nəzarət altındadır. 

Faktla bağlı Türkiyə polisi araşdırmanı davam etdirir.

15.09.2024 08:05
328

(MGID): :
OXŞAR XƏBƏRLƏR