Leninqrad vilayətində içərisində yeni doğulmuş körpənin olduğu zibil torbası tapılıb.
Panarama.az Lent.az-a istinadən Rusiya mediasına istinadla bildirir ki, Boksitoqorsk rayonunda naməlum şəxs yeni doğulmuş uşağı kolluğa atıb. Körpə avqustun 15-də Metallurq bağçasında yolun yaxınlığında tapılıb.
Körpəni tapan 47 yaşlı qadın polisə məlumat verib. Yenidoğulmuşun vəziyyəti kafi qiymətləndirilir.
Polis araşdırma aparır və uşağın anasını axtarır