670a9a2dea80e202410244757
“Anam deyir ki, efirdə artıq əskik bir şey danışma”... VİDEO

Müğənni Gülay Zeynallı açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, “Özəl” verilişində qonaq olan sənətçiyə aparıcı Kazım Sübhan “Sənət aləmində hər kəs açıq danışa bilmir. Niyə görə sənətçilər bir-birinə bu qədər ehtiyatlıdır?” sual ünvanlayıb.

G.Zeynallının cavabı belə olub:

 “Düşünürəm ki, bəzi məsələlərdə ehtiyyatlı davranmaqdan da əlavə nəsə də görəndə susmaq daha gözəldir. Başını ağrıtmaq nəyə lazımdır? Onsuzda hamı öz tərbiyəsini göstərir. Biz elə bir dövrdə yaşayırıq ki, hamının bir-birindən xəbəri var. Çıxıb, yalandan özün haqda danışmağın bir mənası da yoxdur. Mən ümumiyyətlə bu cür söhbətlərdə yoxam və heç vaxtı da olmamışam. Mənim bəlli yaşım var amma yenə də mən efirə gedəndə anam zəng vurub deyir ki, artıq əskik bir şey danışma”.

12.10.2024 19:45
511

(MGID): :
OXŞAR XƏBƏRLƏR