Tanınmış stilist Anar Ağakişiyev gənc müğənni Hissi (Röya Məmmədova) ağ yuyub, qara sərib.
Panarama.az Yenisabah.az-a istinadən xəbər verir ki, stilist ad çəkmədən onun ünvanına sərt fikirlər səsləndirib və ifaçını ələ salıb:
"Mən öldüyüm günü bilmirəm, amma təxmin edirəm. Təxminən 2-3 il bundan öncə gənc bir müğənni və yanında olan bilinməyən məxluq "Warner Music Group" belə gəldi, xaric elə getdi deyib gəzirdilər. Nə oldu?! Hətta bir çox xarici jurnalistlər də buna inanırdılar. Həmin vaxt demişdim ki, bunlar hamısı "fuflo"dur, bu müğənni o deyil, heç vaxt da ola bilməz. Çox qabaqgörən insanam.
Bu kimi "maşennik"lərin nəfəsi necə gəlib-gedir yaxşı bilirəm. Hətta o iki insan indi bir-birinə düşmən olub. Dünəndən bir çox adam söhbətin kimdən getdiyini soruşur. Azərbaycanda "Autotune"la (səs tellərindəki çatışmazlıqları kamuflyaj etməyə kömək edən proqram) oxuyan neçə "müğənni" var? Səs yoxdur, amma danışanda elə yekə-yekə danışırdılar, "Warner Music Group" deyirdilər ki...
Ortada da heç nə yoxdur, artıq 2 il keçib. Amma mən vaxtında xəbərdarlıq etmişdim. Demişdim ki, yanına götürdüyün şəxs "maşennik"dir, dedi ki, yox, vaxt hər şeyi göstərəcək, mənim xarici şirkətlə kontraktım var. Al, indi vaxt hər şeyi göstərdi. Ortada heç bir uğur yoxdur, heç bir mahnı tutmur. Cəmi bir mahnısı tutmuşdu, vizit kartı idi, onu da bəstəkar əlindən alıb "YouTube"dan sildirdi. Sən hələ gəl "Yeni ulduz"dakılara çat, sonra başqalarına çatarsan".
Qeyd edək ki, Hiss 2021-ci ildə dünyanın ən böyük musiqi şirkətlərindən olan Warner Music Group-la (WMG) müqavilə imzalamışdı. Bu barədə müğənninin meneceri Vüqar Husiyev ictimaiyyətə açıqlama vermişdi.
Xatırladaq ki, gənc ifaçının “İstəmirəm” adlı hiti ötən il "YouTube"dan silinib. Bu barədə mahnının söz və musiqisini yazan, reper Aslıxan müəllif hüquqları ilə bağlı sözügedən platformaya müraciət etmişdi.