6728bebc30679202411243156
Anasını evdə başa kişiylə tutan oğul onun boynunu sındırdı - Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI - FOTO

Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.

Yardımlı rayon sakinləri, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.

Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, dəhşətli cinayət hadisəsinə səbəb 20 yaşlı Sadiqin anasını evdə başqa kişi ilə tutması olub. Anasını öldürdükdən sonra S.Beybudlu həmin şəxsi - Elvin Allahverdiyevi də yaralayıb.

Oğlu tərəfindən qətlə yetirilən Zəminə Beybudlunun qohumlarının sözlərinə görə, o, ilk ailəsindən ayrılıb və Sadiq Beybudlu da onun ilk evliliyindən olan övladı olub.

04.11.2024 16:31
379

(MGID): :
OXŞAR XƏBƏRLƏR