Türkiyədə oğul anasını öldürüb.
Panarama.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhəri Kara tay qəsəbəsində baş verib. Yusuf Furkan H. evdə 49 yaşlı anası Ayfer Akbay ilə mübahisə edib. Mübahisənin get-gedə şiddətlənməsi nəticəsində oğul evdəki ov tüfəngi ilə anasına 3 dəfə atəş açıb.
Səsi eşidən qonşular təcili tibbi yardıma xəbər veriblər. Gələn həkimlər qadının artıq öldüyünü müəyyən ediblər.
Polisin keçirdiyi əməliyyat tədbirləri ilə Yusuf Furkan H. qısa zamanda saxlanılaraq, istintaqa təhvil verilib./lent.az