Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova bildirib. "Space TV"nin rəhbərliyi ilə mübahisə yaşayan aparıcı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiyini vurğulayıb. Zamirə bildirib ki, məsələyə baxıldıqdan sonra onun haqlı olduğu təsdiqlənib:
"Allah hələ ki, susur, Azərbaycan qanunları danışır. "Space TV" İnzibati xətalar məcəlləsinin 192.6 cı maddəsiylə cərimələndi. Mən haqsız olduğum heç bir məsələdə mübarizə aparmaram. Mən heç kimə qarşı haqsızlıq etmərəm. Amma öz haqqlarımı da qorumağı bacarıram. Heç kimə icazə vermərəm dürüst, doğru olduğum halda məni ləkələsin. Bütün bu xarakterimlə özümü sevirəm. Hər kəsə uğurlar. Özümüzü qorumağı bacaraq".
Qeyd edək ki, Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovindən şikayətlənərək, bir müddət əvvəl işbirliyinə son qoyduğu kanaldan əmək kitabçasını ala bilmədiyini demişdi.