67fdc5bd0ad86202504253437
Aprelin 16-da temperatur kəskin dəyişəcək... VİDEO

Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, əsasən şimal və şərq rayonlarında güclü olacağı gözlənilir. Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı ehtimalı yüksəkdir.

Hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Azəristilik Açıq Səhmdar Cəmiyyətindən isə bildirilib ki, hava çox soyuq olarsa istiliyin verilmə tarixi uzadıla bilər.

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bildirilib ki, xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi aprelin 17-si gündüz saatlarına kimi davam edəcək. Dalğanın hündürlüyünündə artacağı proqnozlaşdırılır./metbuat.az 

Daha ətraflı videoda:


15.04.2025 06:32
834

(MGID): :
OXŞAR XƏBƏRLƏR