64de1328e62b6202308233136
AQTA Qusardakı kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı - YENİLƏNİB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qusar rayonunda, istirahət mərkəzində beş nəfərin zəhərlənməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Agentlikdən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin, qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.


***14:54

Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib.

Panarama.az  report-a istinadən xəbər verir ki, hadisə Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, istirahət edən sakinlər - 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu,     1986-cı il təvəllüdlü Əskərli Ferid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

17.08.2023 16:26
607

(MGID): :
OXŞAR XƏBƏRLƏR