653348ceb1db2202310234310
Aramsız mədə yanğısı xərçəngönü vəziyyətin XƏBƏRÇİSİ OLA BİLƏR...
Mədə yanğısı, göynəmə, el dilində, “izjoqa” heç də zərərsiz bir simptom deyil.
“Medicina” xəbər verir ki, onkoloq Anastasiya Maryenko hansı halda mədə yanğısından ehtiyatlanmağın vacibliyini açıqlayıb.
“Kəsilməyən yanğı,qıcqırma qida borusu displaziyasının başladığını göstərə bilər.
Amma əgər göynəmə varsa, mütləq endoskopik müayinədən keçmək lazımdır.
Periodik olaraq qıcqırma QERB adlı reflüks xəstəliyindəndir.
Bu o deməkdir ki, yandırıcı mədə şirəsi qida borusuna böyük həcmdə geri qayıdır və selikli qişanı yandırır.
İllər ərzində selikli qişa bərpa olmağa macal tapmır, displaziya yaranır.
Yandırıcı turşunun uzun təsiri nəticəsində selikli qişanın hüceyrələri zədəli bərpa olunur və çapıq yeri yaranır. Bu isə xərçəngönü vəziyyətdir.
Endoskopik müayinədə displaziya aşkar olunarsa, mütləq vaxtında ciddi müalicə olunmalıdır ki, xərçəngə çevrilməsin. Həkim xüsusi dieta da yazmalıdır.
Reflüksü artıran səbəblər alkoqol, siqaret, qızarmış, turş, acı qidalar, yeməkdən sonra uzanmaq və qazlı içkilərdir”.
21.10.2023 07:38
453

(MGID): :
OXŞAR XƏBƏRLƏR