688c87c18916b202508252417

Arif Babayevin dəfn yeri MƏLUM OLDU

01 Avqust 2025
156

Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Arif Babayevin dəfn yeri məlum olub.

 

Panarama.az “Teleqraf.az”a istinadən xəbər verir ki, muğam ustası I Fəxri xiyabanda torpağa tapşırılacaq.


Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.

 

O, iyulun 23-də Qax rayonunda istirahətdə olan zaman səhhəti ağırlaşıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Burada Xalq artistinə kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. O, iyulun 24-də Bakıdakı Mərkəzi Klinik Xəstəxanasına təxliyə olunub və bu gün səhər 6:30 radələrində vəfat edib.