683788540585e202505250404

UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi... VİDEO

29 May 2025
228

UEFA Konfrans Liqasında final qarşılaşması başa çatıb.

Panarama.az xəbər verir ki, həlledici matçda "Real Betis"lə "Çelsi" üz-üzə gəliblər.

Oyunda hesabı ilk hissədə ispanlar açsalar da, ingilislər ikinci hissədə onları qol vurmağa peşman ediblər. "Zadəganlar" rəqib qapıdan 4 top keçirərək geridönüş etməyi bacarıblar - 1:4.

Beləliklə də, Konfrans Liqasının qalibi olan "Çelsi" bu mövsüm Avrokuboklarda uğur qazanan ikinci London təmsilçisi olub. Bu il UEFA Avropa Liqasında da İngiltərə paytaxtının digər komandası "Tottenhem" qalib gəlib.

"Çelsi" həmçinin iki dəfə Avropa Liqasını (2013, 2019) və Çempionlar Liqasını (2012, 2021) qazanmaqla bütün mövcud Avropa Kuboklarını qazanan ilk klub kimi adını futbol tarixinə yazdırıb./oxu.az