Artıq demək olar ki, heç kim evinin xanımı olmağı şərəfli saymır...CONİ
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli): “Qadınları başa düşmək mümkün deyil. Müasir qızları çox məqsədyönlü görürəm, onlar öz karyeralarına və şəxsi nailiyyətlərinə kökləniblər. Bu, yaxşıdır, amma məni kədərləndirir. Artıq demək olar ki, heç kim evinin xanımı, ailənin anası olmağı şərəfli saymır. Məsələn, mənim tanıdığım qızların 50%-dən çoxu yemək bişirməyi bilmir. Buna etiraz etmirəm, sifariş edə və ya özümüz bir şey bişirə bilərik. Ancaq gələcəyə baxaraq, övladlarımın hazır yemək yeməsini istəməzdim. Ən yaxşı restoranların ən bahalı yeməkləri belə evdə ananın əlləri ilə hazırlanan yeməkləri əvəz edə bilməz. Əlbəttə ki, qadının karyerası münasibət və ailə qurmağa mane olmur.
Valideynlərimin nümunəsi ilə böyümüşəm və onlara güclü və xoşbəxt ailə qurmağa kömək edən eyni dəyərlərə sahibəm. Ona görə də belə bir ssenari mümkün deyil. Biz isə avtomobil seçmirik ki, mən qara və gözəl faralar istəyim. Kimə aşiq olacağımı, kimi özümə aid hiss edəcəyimi bilmirəm. Ancaq enerji birləşdikdə, hətta kənardan da dərhal görünür.
Mənim üçün nəsli davam etdirmək həyatın ən vacib tərəflərdən biridir. Vəziyyət fərqli ola bilər, baxmayaraq ki, böyük bir ailə xəyal edirəm. Sevimli xanımım çox uşaq istəmirsə və ya edə bilmirsə, bu, münasibətlərin taleyini həll etməyəcək. Uşaq Alalhın möcüzəsidir, hədiyyəsidir, ona görə də biri də olsa, məni sevindirəcək. Amma yeddi daha çox sevindirəcək!”/Qafqazinfo.az