64e68abe53095202308233958
Arxeoloqlar 1000 illik tarixi olan mətbəx aşkarladılar-FOTO

Arxeoloqlar Türkiyənin Elazığ bölgəsində yerləşən tarixi Harput qalasında aparılan qazıntılar nəticəsində 1000 illik tarixi olan saray mətbəxi aşkarlayıblar.

Panarama.az Lent.az-a istinadən xəbər verir ki, Anadolu Agentliyinin verdiyi məlumata görə,  UNESCO-nun Ümumdünya İrs Si1yahısına daxil olan qalanın Sarayönü adlanan hissəsində aparılan qazıntılar nəticəsində dövrün qala idarəçiləri və dövlət adamları üçün yemək və çörək bişirildiyi təxmin edilən mətbəx bölməsi, həmin dövrlərdə istifadə edilən mancanaq mərmisi tapılıb.

"Harput qalasının mətbəx hissəsinin təxminən 1000 il yaşı olduğunu təxmin edirik. Burada son Bizansdan Osmanlıya qədər olan dövrə aid qab-qacaq və başqa tapıntılar aşkarladıq. Bu mətbəxin 1860-cı illərə qədər fəaliyyət göstərdiyini təxmin edirik. İndiyədək 8 təndir aşkar etmişik. Tapıntılar arasında xırda və iribuynuzlu heyvan sümükləri də var", - deyə qazıntı işlərinin rəhbəri İsmayıl Aytac bildirib

24.08.2023 02:36
174

(MGID): :
OXŞAR XƏBƏRLƏR