660a473674f4f202404243342
Ata övladını suda boğub ÖLDÜRÜB...

Xəbər verildiyi kimi martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Panarama.az bildirir ki, Baş Prokurorluqdan Viral.az-a verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.


01.04.2024 09:30
396

(MGID): :
OXŞAR XƏBƏRLƏR