672ed490f3dc8202411241840
Ata və oğul DÜNYASINI DƏYİŞDİ...

İmişlidə motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və oğlu ölüb.

 

    Hadisə saat 17 radələrində İmişliyə giriş avtomobil yolunda qeydə alınıb.

     

    Qəza zamanı "Mercedes" markalı minik maşını və "İj" markalı motosiklet toqquşub. Qəza nəticəsində motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

     

    Faktla bağlı araşdırma aparılır.(APA)

    15.11.2024 20:17
    256

    (MGID): :
    OXŞAR XƏBƏRLƏR