678a3d67800df202501252215
Atası Çimnazla bağlı hər şeyi danışdı - VİDEO

Aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov qızının ölümündən danışıb.

Panarama.az Mətbuat.az-a istinadən xəbər verir ki, o, “Xəzər axşamı” verilişinə açıqlama verib. M. Heybətovun sözlərinə görə, qızının səhhətindəki problemlər anasının vəfatından sonra kəskinləşib:

“Anası rəhmətə getdi, o isə ağlaya bilmirdi, böyük stres keçirdi. Sentyabrın 25-də anası dünyasını dəyişəndən sonra Çimnazın ağrıları başladı. Anasının 40 mərasiminə bir həftə qalmış vəziyyəti daha da pisləşdi, özü mənə zəng edərək “Ata, gəl, ölürəm, apar məni həkimə” dedi. Mədə-bağırsaq keçməməzliyi diaqnozu qoyuldu. Müəyyən müalicələrdən sonra evə qayıtdı. Lakin yenidən ağrıları artanda cərrahi əməliyyata ehtiyac yarandı. Cərrahlar bildirdilər ki, əməliyyatı ay yarım sonra etmək lazımdır, amma 21-ci gün onu yenidən əməliyyata aldılar. Əməliyyatdan sonra səhhəti getdikcə ağırlaşdı, ayaqları tutuldu. Halbuki xəstəxanaya öz ayaqları ilə gəlmişdi”.

Daha ətraflı videoda:


17.01.2025 15:22
1583

(MGID): :
OXŞAR XƏBƏRLƏR