(MGID): :
681a3f60e5520202505255704
Atasının başını kəsən oğul cəzadan azad edildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Saatlı rayonunda atasını öldürməkdə təqsirləndirilən Rabil Ağayevin cinayət işi üzrə prosesi başa çatıb.

Panarama.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə R.Ağayevin hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.

İttihama görə, hadisə 2024-cü ilin iyul ayında baş verib. Rayon sakini Rabil Ağayev yaşadığı evdə atası Ramiz Ağayevlə mübahisə edib. Mübahisə nəticəsində o, atasının boğazını şüşə ilə kəsərək qətlə yetirib.

06.05.2025 20:20
624

(MGID): :
OXŞAR XƏBƏRLƏR