ATU-nun tələbələri həmin müəllimənin uzman olmadığını, təhsili ilə bağlı bir sıra məsələlərdə yalan dediyini bildiriblər. Bunun nə qədər düzgün olub bir müəlliməyə, həkimə yaraşan hərəkət olduğu isə mübahisəli məsələdir.
Onu da qeyd edək ki, müəllim tələbəni daxil nizam-intizam qaydalarını pozmadığı müddətcə "öz qaydalarına" uyğun dərsdən kənarlaşdıra bilməz. ATU-nun tələbələrindən geyimlə bağlı hər hansı bir qadağanın olub-olmadığını soruşduqda isə, tələbələr bildirir ki, onlara sadəcə tibbi xalatların əsas olduğu və kitabxanaya şortiklə girməyin qadağan olduğu deyilib.