Avqustun 14-də yerli vaxtla saat 00:08-də Quba rayonunda yeraltı təkan qeydə alınıb.
Panarama.az AZİNFORM.AZ- a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.