6687831dc6f54202407242237
AVRO-2024: Bu gün 1/4 final mərhələsinin oyunları start götürür

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək.

"Report"un məlumatına görə, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.

Pireneylilər 1/8 finalda Gürcüstanı (4:1), meydan sahibləri isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb.

Erkən final kimi xarakterizə olunan görüş Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.

Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar. Əvvəlki mərhələdə portuqaliyalılar Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər. Bu oyun Hamburqdakı “Folksparkştadion"da baş tutacaq.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.


AVRO-2024


1/4 final


5 iyul 20:00. 

İspaniya - Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

23:00. Portuqaliya - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".

05.07.2024 09:21
240

(MGID): :
OXŞAR XƏBƏRLƏR