Panarama.az Report-a istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı həlledici görüşdə gürcüstanlı rəqibi İliya Sulamanidzeyə qalib gəlib.
Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının Avropa çempionatında qazandıqları ikinci qızıldır. Buna qədər komandaya qızıl medalı Hidayət Heydərov (73 kq) əldə edib.