65376101df179202310231529
Avropa çempionu olmuş gimnast: “Yarışdan qalib ayrılmaq üçün əlimizdən gələni etdik”

“Yarış istədiyimiz keçdi. Rəqib komandaların güclü olmasına baxmayaraq, qalib olacağımıza inanırdıq. Yarışdan qalib ayrılmaq üçün əlimizdən gələni etdik və olduq”.

Panarama.az “Report”-a istisnadən xəbər verir ki, bunu Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının qızıl medal qazanmış üzvü Ağasif Rəhimov deyib.

“Xallarımız yüksək idi, hər kəsdən çox irəlidə olduq. 2021-ci ildəki Avropa çempionatında cüzi fərqlə ikinci olmağımızdan dərs çıxardaraq maksimum xal topladıq”, - gənc idmançı vurğulayıb.

Xatırladaq ki, Bolqarıstanın Varna şəhərində keçirilən akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

24.10.2023 10:14
745

(MGID): :
OXŞAR XƏBƏRLƏR