Müğənni Nadir Qafarzadə ailəsinin ona qoyduğu qadağadan danışıb.
Panarama.az axşam.az-a istinadən bildirir ki, ifaçı aparıcı Tural Əsədovun "Cəsarət, yoxsa həqiqət" sualına əsəbiləşib.
"Qoyun, biz elə oxuyaq. Mənimlə işin olmasın. Axırda məni boşatdıracaqsan. Evdə deyirlər ki, efirə gedəndə özünü başqa cür apar. Deyiblər ki, sən oxu, danışma. Qorxuram danışmağa. Bir söz deyirsən TikTok-da yayılır".
Qeyd edək ki, Sevinc adlı xanımla ailəli olan Nadirin iki oğul övladı var.