6538f6b11a422202310230625
Aygün Bəylər xəstəxanaya yerləşdirildi - FOTO

Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, hazırda xəstəxanada olan xanəndə ilə fotosunu yayımlayaraq, "Tez sağalın, əvəzsiz sənətkar" qısa şərhini yazıb.

A.Bəylərin prodüseri muğam ifaçısının səhhətinin yaxşı olduğunu bildirib. O, əlavə edib ki, A.Bəylər bəzi dərmanların qəbulu üçün xəstəxanaya gedib.

Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanmışdı. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.

25.10.2023 15:02
418

(MGID): :
OXŞAR XƏBƏRLƏR