6599939a5c2a8202401245330
“Aygün Bəylərlə indi danışdım, Bakıya gəlir, onu müalicə edəcəm”-həkimi açıqladı-ÖZƏL+FOTO
Saytlarda yayılan qeyri-rəsmi məlumata görə əməkdar artist Aygün Bəylər dünyasını dəyişib. Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov Moderator.az-a xəbəri inkar edib. “Türkiyəyə gəzməyə getmişdi. İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm. Vəziyyəti ağırdır. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq” deyə bildirib. Qeyd edək ki, əməkdar artist Çingiz Əhmədov Aygün Bəylərin ölüm xəbərini Axşam.az-a təsdiqləmişdi.


***20:56

Əməkdar artist Aygün Bəylər vəfat edib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xəbəri onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər" deyə, aktyor əlavə edib.

06.01.2024 21:52
2967

(MGID): :
OXŞAR XƏBƏRLƏR