659b41dc4ea64202401242916
Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi YER AÇIQLANDI

Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi sabah saat 11:00-da Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək.

Panarama.az bildirir ki, bu barədə "Report"a sənətçinin yaxınları bildirib.

Vida mərasimindən sonra mərhum saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist ötən gecə Türkiyədə xəstəxanada vəfat edib.

08.01.2024 04:28
642

(MGID): :
OXŞAR XƏBƏRLƏR