Xalq artisti Aygün Kazımovanın Qarabağda keçirilməsi nəzərdə tutulan Yeni il şənliyində çıxış üçün yüksək məbləğdə ödəniş tələb etməsi ilə bağlı məlumatlar yayılıb.
Belə ki, Xalq artistinin 45 min manat özünə, 75 min manat səhnə dekoru-işığa, 85 min manat isə heyətinə ödəniş (ümumilikdə təxminən 200 min manat) tələb etdiyi iddia olunub.
Panarama.az xəbər verir ki, Globalinfo.az məsələni dəqiqləşdirmək üçün tədbirin təşkilatçılarından “Evvent Office” ilə əlaqə saxlayıb.Təşkilatçılar iddialara aydınlıq gətirib: “Həmin konsert proqramında Aygün Kazımova iştirak etməyəcək. Tanınmışlardan Abbas Bağırov və başqaları çıxış edəcək. Digər məsələ haqqında bir söz deyə bilmərik”.
Qeyd edək ki, Xalq artisti Aygün Kazımova zənglərimizə cavab verməyib.