ABŞ-ın Kaliforniya ştatında ayı kişinin evinə girərək çarpayıda yuxuya gedib.
Panarama.az xarici mediaya istinadla bildirir ki, ev sahibinin sözlərinə görə, o, göldə qayıq sürərkən mənzilinə kiminsə girməsi barədə telefonuna bildiriş gəlib. Daha sonra kişi uzaqdan evin kameralarına baxıb və nəhəng ayının evin ətrafında gəzdiyini görüb.
Bir müddət sonra heyvan amerikalının çarpayısında yuxuya gedib. Yırtıcını xüsusi sirenlə oyatmağa qərar veriblər. Səs-küy ayını oyadıb, bundan sonra o, masada qalan bütün yeməkləri yeyərək sındırılmış pəncərədən evdən çıxıb./lent.az