Ülviyə Namazovanın "Rəngarəng səhər"də plastik əməliyyatlar etdirən xanım həmkarlarına söz atması, onları lağlağı obyektinə çevirməsi eyni efirdə qonaq olan gənc ifaçı Pünhan Piriyevin sərt reaksiyası ilə nəticələnib.
Panarama.az Parol.az-a istinadla xəbər verir ki, Pünhan canlı efirdəcə sərt şəkildə Ülviyəyə bu söhbəti dayandırmasını tələb edib.
Gənc ifaçı "Ayıbdır axı, millət bizə baxır. Sən özün guya o əməliyyatları etdirməmisən?!", - sözləri ilə xanım həmkarını susdurub.