66fbde280dfd8202410243400
Aylardır tapılmayan Rasimlə bağlı daha bir açıqlama - FOTO

"Rasimin tapılması ilə bağlı təəssüf ki, bu gün üçün nəticə yoxdur. Amma bütün aidiyyəti qurumlar bu işə cəlb edilib".

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev  9 ay əvvəl İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin axtarışı ilə bağlı danışarkən deyib.

"Mən Rasimin ailəsini dəfələrlə qəbul etmişəm. Onların da narahatlığını başa düşürəm. İş üzrə cinayət işi başlanıb, istintaq gedir. Biz əlimizdən gələni edəcəyik ki, müsbət nəticələr olsun", - deyə K. Əliyev bildirib.

Xatırladaq ki, Rasim Xankişiyev 2023-cü ilin dekabrında itkin düşüb. Onun İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.

Hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Ötən ay baş prokuror R.Xankişiyevin nənəsini qəbul edib.

01.10.2024 15:33
244

(MGID): :
OXŞAR XƏBƏRLƏR