6634a22b65b31202405243659
Aysel Süleymanovaya vəzifə verildi

“Bakcell”ə yeni ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktor təyin edilib.

Panarama.az xəbər verir ki, bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.

Aysel Süleymanova “Bakcell”ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı AZAL-da Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib. Aysel Süleymanova eyni zamanda “AmCham Azerbaijan”da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.

“Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir. (Oxu.az)

03.05.2024 12:34
208

OXŞAR XƏBƏRLƏR