655b1e49ae2fb202311235225
Aysunun keçmiş əri bu müğənni ilə görüntüləndi- FOTO

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov və müğənni Müjgan Ayxanın sevgili olduqları məlum olub.

Panarama.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu barədə "Maqazin plus" verilişində süjet yayımlanıb.

Proqramın əməkdaşları gecə saatlarında Eşqin və Müjganı məkanların birindən birlikdə çıxarkən görüntüləyiblər. Onlar sevgili olmaları ilə bağlı suallara rədd cavabı verməyiblər. Müjgan Eşqin olduğu yerdə danışmayacağını bildirib: "Bizə öyrədiblər ki, kişi olan yerdə xanım danışmaz".

Eşqinsə bu iddiaları özünəməxsus şəkildə cavablandırıb: "Subay qızdı, subay oğlanam. Bunun heç kimə aidiyyatı yoxdur. Özümüz bilərik. Nə olsa, biləcəksiniz".

Ayxan ləqəbli müğənni ən çətin günlərdə yanında Eşqinin olduğunu vurğulayıb: "Bircə onu deyə bilərəm ki, ən çətin günlərimdə Eşqin yanımda oldu".

Qeyd edək ki, Eşqin bir neçə ay öncə müğənni Aysun İsmayılova ilə münasibətinə son qoyub.

20.11.2023 12:51
631

(MGID): :
OXŞAR XƏBƏRLƏR