66435e0d90216202405245021
Aytən Səfərova düşdüyü qəza ilə bağlı Prezidentə MÜRACİƏT ETDİ: "Mənim günahım..." - VİDEO

Bir müddət əvvəl Bakıda qəzaya düşən aparıcı Aytən Səfərova hadisədən sonra ilk dəfə danışıb.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə o, öz “İnstagram” hesabında video paylaşıb.

 

"Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Kadrları izləmişəm. Orada mənim günahım yoxdur. Mən istəyirəm ki, kadrları siz də izləyəsiniz, amma o görüntüləri əldə edə bilmirəm. Azərbaycan vətəndaşı olaraq haqqımı tələb edirəm. O kadrlar ictimailəşməlidir ki, xalq da görsün. Xətai Polis İdarəsi isə deyir ki, bu, istintaq sirridir. Nə məsələdir, anlamıram. Prezident İlham Əliyev, Baş prokuror Kamran Əliyev və daxili işlər naziri Vilayət Eyvazovun adına da müraciət ünvanlamışam. Ümid edirəm ki, obyektiv yanaşma olacaq və məsələ ədalətlə həll ediləcək", - o bildirib.


14.05.2024 16:48
303

(MGID): :
OXŞAR XƏBƏRLƏR