Panarama.az xəbər verir ki, bu barədə “Caliber” öz mənbələrinə istinadən yazıb. Qeyd olunub ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib.“Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib”, - məlumatda deyilir. O da bildirilib ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib.